"Tata Steel Masters-2019” turnirində şahmatçılarımız növbəti turu başa vurublar.
Sportinfo.az xəbər verir ki, təmsilçimiz Şəhriyar Məmmədyarov hindistanlı rəqibi Vişvanatan Ananda məğlub olub,
Teymur Rəcəbov isə hollandiyalı Yorden Van Forestlə heç-heçə edib.
Ş.Məmmədyarov 8 turun altısını heç-heçə başa vurub, ikisindən məğlub ayrılıb. Rəcəbov isə 1 oyunda qalib gəlib, digər partiyaları heç-heçə edib.

