200 nəfərin mübarizə apardığı memorialda qalib 9 turdan sonra bilindi

13 Yanvar 2019 00:40 Şahmat 498
200 nəfərin mübarizə apardığı memorialda qalib 9 turdan sonra bilindi

Azərbaycanda şahmatın inkişafına böyük töhfə vermiş beynəlxalq hakim, Əməkdar məşqçi və Respublika Şahmat Mərkəzinin 1-ci direktoru Fuad Cəfərovun xatirəsinə turnirlərlə başlamaq artıq xoş ənənəyə çevrilib.

Sportinfo.az xəbər verir ki, yanvarın 3-də start götürən və ümumilikdə 200 nəfərin mübarizə apardığı memorialda qalib 9 turdan sonra bilinib.

Blits üzrə komanda yarışında 1-ci yeri “Asadli Team” (Vüqar Əsədli, 2360, Xəzər Babazadə, 2181) tutub. “International” və “Eleven” hərəyə 6 xalla sonrakı 2 pilləyə sahib olublar.

Rapiddə 7 xalla Read Səmədov (2019) sevinib. Loğman Quliyev (2252, 6 xal) və Əhməd Əhmədzadə (2101, 5,5 xal) növbəti mövqedə qərarlaşıblar.

“C” qrupunda (11 yaşadək uşaqlar) isə Nihad Kərimov (1404) 6 xalla birinci yeri tutub. 2-ci və 3-cü yerləri hər birinin hesabında 5,5 xal olan Aqşin Əlizadə (1088) və Lalə Hüseynova (1199) tutublar.

“A” qrupunda dairəvi yarışda İran təmsilçisi Araş Təhbaz (2468) 7 xalla qalib olub. Azərbaycan şahmatçısı Əhməd Əhmədzadə (2337) və ukraynalı Mixail Simantsev (2401) 5 xalla 2-3 sıranı bölüşüblər.

“Open” turnirində İran təmsilçisi Arya Omidi (2354) 4 xalla hamını qabaqlatıb. Azərbaycanlı şahmatçı Azad Abbasov (1511) eyni xalla 2-ci, İran təmsilçisi Marzoqi Məhəmmədsədeh (2003) 3 xalla 3-cü pillədə qərarlaşıblar.

Qaliblərin mükafatlandırılması mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin şahmat idman növü üzrə koordinator-kuratoru Salman Əbdülov, turnirin təşkilatçısı və baş hakimi, Əməkdar məşqçi, beynəlxalq dərəcəli hakim İlqar Bacarani çıxış edərək, mərhumun şahmatımıza verdiyi tövhədən danışıblar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR