Azərbaycan yığmasının lideri dünya üzrə beşinci oldu

2 Yanvar 2019 09:12 Şahmat 547
Azərbaycan yığmasının lideri dünya üzrə beşinci oldu

URS - “Grand chess tour” və Kasparov Fondu tərəfindən təsis edilmiş universal reytinq dərc edilib.

Bu reytinqdə klassik şahmat, rapid və blits üzrə bütün yarışlarda çıxışların nəticələri nəzərə alınır.

Sportinfo.az xəbər verir ki, reytinq əmsalı 2792 olan Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov dünya üzrə ilk onluqda beşinci yerdədi.

İlk onluqda birinci yeri Norveç nümayəndəsi Maqnus Karlsen (2859) tutub. İkinci yerdə amerikalı şahmatçı Hikaru Nakamura (2806), üçüncü pillədə isə fransız Maksim Vaşye-Laqrav (2796) qərarlaşıblar.

Azərbaycan şahmatçılarından daha beş nəfər dünya üzrə ilk yüzlüyə daxildir – Teymur Rəcəbov (2750) 18-ci, Rauf Məmmədov (2713) 37-ci, Eltac Səfərli (2703) 45-ci, Arkadi Naydiç (2699) 48-ci, Qədir Hüseynov (2696) 54-cü yerdədir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR