Məmmədyarov 3-cü pillədəki yerini qorudu - Dekabrın reytinqi

14 Dekabr 2018 13:36 Şahmat 557
Məmmədyarov 3-cü pillədəki yerini qorudu - Dekabrın reytinqi

Beynəlxalq Şahmat Federasiyası dekabr ayı üçün yeni reytinq cədvəlini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, reytinq cədvəlinə əvvəlki kimi, ötən ay dünya çempionu titulunu qorumuş norveçli Maqnus Karlsen (2835) başçılıq edir.

İkinci pillədə amerikalı Fabiano Karuana (2832), üçüncü yerdə isə həmyerlimiz Şəhriyar Məmmədyarov (2817) qərarlaşıblar.

Dünyada ən güclü 100 şahmatçı siyahısında Azərbaycandan 6 şahmatçının adı var. Siyahıda Teymur Rəcəbov (2757), Arkadi Naydiç (2736), Rauf Məmmədov (2703), Eltac Səfərli (2671), Qədir Hüseynov (2664) yer alıblar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR