“100-lüy”dəki azərbaycanlılar

1 Dekabr 2018 10:12 Şahmat 562
“100-lüy”dəki azərbaycanlılar

Beynəlxalq Şahmat Federasiyası (FIDE) 2018-ci ilin dekabr ayı üçün reytinq siyahısını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, kişi şahmatçıların ilk “100-lüy”ündə Azərbaycanın 6 qrossmeysteri yer alıb.

Şəhriyar Məmmədyarov ötən ayla müqayisədə 3 reytinq xalı itirsə də, 2820 xalla 3-cü pillədə qalıb. Siyahıya 2835 xalla norveçli dünya çempionu Maqnus Karlsen başçılıq edir.

ABŞ şahmatçısı Fabiano Karuana isə 2832 xalla 2-ci yerdədi. Teymur Rəcəbov və Arkadi Naydiçin də reytinqdəki mövqeyi dəyişməyib.

Rəcəbov 1757 xalla 14-cü, Naydiç isə 2736 xalla 20-cidir. Azərbaycan kişi şahmatçılarından yalnız Rauf Məmmədov iki pillə geriləyib. O, 2703 xalla 42-ci pillədədi.

Eltac Səfərli 2671 xalla 72-ci, Qədir Hüseynov isə 2664 xalla 82-ci sıradadı. Qadınların “100-lüy”ündə isə Azərbaycanın 3 şahmatçısı yer alıb.

Günay Məmmədzadə bir pillə geriləyərək 2422 xalla 47 pillədə qərarlaşıb. Aktivində 2397 xal olan Xanım Balacayeva isə bir pillə irəliləyib və 62-ci pilləyə yüksəlib.

Gülnar Məmmədova isə iki pillə geriləyib və 2368 xalla 99-cu yerdə qərarlaşıb. Qadınların siyahısına 2662 xalla çinli Hou İfan başçılıq edir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR