Teymur Rəcəbov Hindistanda çempion ola bilmədi

8 Sentyabr 01:40 Şahmat 357
Teymur Rəcəbov Hindistanda çempion ola bilmədi

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Hindistanın Kəlküttə şəhərində keçirilən “Tata Steel Chess” turnirində ikinci yeri tutub.

Sportinfo.az xəbər verir ki, 36 yaşlı qrossmeyster 10 şahmatçının rapid üzrə mübarizəsində uğurlu çıxış edib.

Milli üzvü 9 oyundan 5,5 xal toplayıb. Birinci yeri isə Maksim Vaşye-Laqrav (Fransa, 7 xal) tutub.

Yarış iştirakçıları sentyabrın 8-9-da blitsdə ən güclünü müəyyənləşdirəcəklər.

Turnirdə Teymur Rəcəbov və Maksim Vaşye-Laqrav ilə yanaşı, Aleksandr Qrişuk (Rusiya), Nodirbek Abdusattorov (Özbəkistan), Santoş Vidit, Pentala Harikrişna, Rameşbabu Praqqnanandha, Arcun Eriqaysi, Dommaracu Qukeş (hamısı Hindistan) və Vinsent Kaymer (Almaniya) mübarizə aparırlar.

Digər Xəbərlər
Xəbər Lenti
29 Noyabr 21:40 Baş məşqçi ayrılığı
29 Noyabr 16:50 Çək və bizə göndər!
29 Noyabr 02:40 AFFA rəsmisi İsveçrədə
29 Noyabr 01:00 Millimiz Mərakeşə uduzdu