Məşhur bakılıya beynəlxalq təşkilatda yüksək vəzifə verildi

24 Noyabr 2018 09:12 Şahmat 541
Məşhur bakılıya beynəlxalq təşkilatda yüksək vəzifə verildi

Beynəlxalq Şahmat Federasiyasında (FIDE) Bakıda doğulan Emil Sutovskiyə vəzifə verilib.

Sportinfo.az xəbər verir ki, 1977-ci ildə Bakıda doğulmuş, milliyyətcə yəhudi olan E.Sutovski bu qurumda baş direktor vəzifəsində çalışacaq.

Bu qərar FIDE-nin Böyük Britaniyanın paytaxtı Londonda keçirilmiş şurasında qəbul olunub.

Əvvəllər Peşəkar Şahmatçılar Assosiasiyasına rəhbərlik etmiş, Azərbaycanın "Odlar Yurdu” komandasının kapitanı olmuş Sutovski yeni vəzifəsində dünya şahmatının inkişafı, dünya çempionatı və sponsor və tərəfdaşlarla iş məsələlərinə cavabdehlik daşıyacaq.

1991-ci ildən İsraildə yaşayan Emil Sutovski FIDE-nin yeni yaradılmış Ümumi Strategiya üzrə Komissiyasının sədri təyin olunub.

Rusiyalı Arkadi Dvorkoviç oktyabrın 3-də FIDE-nin yeni prezidenti seçilib. "SOCAR Georgia”nın rəhbəri Mahir Məmmədov isə bu qurumun vitse-prezidenti təyin edilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR