Tac uğrunda mübarizə qızışır - 9 oyunda qalib müəyyənləşməyib

24 Noyabr 2018 08:12 Şahmat 578
Tac uğrunda mübarizə qızışır - 9 oyunda qalib müəyyənləşməyib

Şahmat üzrə hazırki dünya çempionu Maqnus Karlsenlə amerikalı Fabiano Karuana arasında keçirilən tac uğrunda mübarizə davam edir.

Sportinfo.az xəbər verir ki, 9 tur keçməsinə baxmayaraq tərəflərdən heç biri üstünlük qazana bilməyib.

Son turda ağ fiqurlarla oynayan karlsen aşkar üstünlük qazansa da sonda yarım xala qane olub. Beləliklə, bütün turlarda xal bölgüsünə razılaşmış rəqiblər, dünya çempionatları tarixində ardıcıl heç-heçə sayında rekorda imza atıblar.

Əvvəlki rekord Qari Kasparovla Vişvanatan Anand arasında təşkil olunmuş qarşılaşmalara aid idi. Bu şahmatçılar ardıcıl 8 dəfə sülhə razılaşmışdılar.

Növbəti 3 turda da qalibi müəyyənləşdirmək mümkün olmasa tərəflər tay-brekdə münasibətlərinə aydınlıq gətirəcək. Burada isə rəqiblər şahmatın sürətli blits və armagedon növlərində uğur qazanmağa çalışacaqlar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR