Səkkiz yaşlı azərbaycanlı dünya çempionatının medalını qazandı

19 Noyabr 2018 21:00 Şahmat 616
Səkkiz yaşlı azərbaycanlı dünya çempionatının medalını qazandı

İspaniyanın Santyaqo de Kompostela şəhərində yeniyetmələr üzrə dünya çempionatında səkkiz yaşlı şahmatçımız mükafatçı olub.

Sportinfo.az xəbər verir ki, avqustda Avropa çempionu olmuş Cahandar Azadəliyev II yeri tutaraq dünya çempionatının gümüş medalını qazanıb.

U-8 Open kateqoriyası üzrə dünya çempionu ABŞ təmsilçisi Yuvrac Çenaredi və bürünc medalçı özbəkistanlı Xumoyun Beqmuradov olub.

86 federasiyadan rekord sayda – 851 iştirakçının mübarizə apardığı bu dünya çempionatında 542 oyunçu Open-da, 309-u isə qızların yarışında çıxış edib. U-8-dən əlavə, U-10 və U-12 üzrə qaliblər də müəyyənləşdirilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR