Azərbaycan millisinin üzvü xanımı üçün mahnı oxudu - VİDEO+FOTOLAR

19 Noyabr 2018 15:36 Şahmat 947
Azərbaycan millisinin üzvü xanımı üçün mahnı oxudu - VİDEO+FOTOLAR

Azərbaycan şahmatçısı, qrossmeyster Rauf Məmmədov ailə həyatı qurub.

Sportinfo.az xəbər verir ki, onun nikah bağladığı xanım həmkarı, ukraynalı şahmatçı Nataliya Buksadır. Cütlüyün toy məclisi Bakıdakı şadlıq saraylarından birində baş tutub.

Onların toy məclisinə Şəhriyar Məmmədyarov və digər şəhamatçılar qatılıb. R.Məmmədov xanımı üçün rus dilində mahnı daq oxuyub.

Toydan görüntüləri Natalia Buksa sosial şəbəkədə paylaşaraq "Mənim xüsusi günüm! Hamınıza təşəkkür edirəm!" sözlərini yazıb.

.

30 yaşlı Rauf Məmmədov komanda şəklində üç dəfə Avropa çempionu olub. 22 yaşlı qrossmeyster Nataliya Buksa isə 2015-ci ildə 20 yaşadək qızlar arasında dünya çempionu adını qazanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR