Dünya çempionluğu üzrə II partiya da heç-heçə yekunlaşdı

11 Noyabr 2018 13:20 Şahmat 503
Dünya çempionluğu üzrə II partiya da heç-heçə yekunlaşdı

Norveçli Maqnus Karlsen və ABŞ təmsilçisi Fabiano Karuana arasında dünya çempionluğu uğrunda İngiltərənin paytaxtı Londonda keçirilən ikinci partiya da heç-heçə ilə yekunlaşıb.

Sportinfo.az xəbər verir ki, 49-cu gedişdə tərəflər "sülh"ə razılaşıblar - 0,5:0,5.

İlk partiyada da heç-heçə qeydə alındığından, hazırda ümumi hesab bərabərdir - 1:1. Karlsen və Karuana ümumilikdə 12 partiya klassik şahmat oynayacaqlar.

Növbəti qarşılaşma noyabrın 12-də olacaq. Bundan əvvəl Dünya şahmat tacı uğrunda ilk görüş heç-heçə ilə yekunlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR