Şəhriyar qələbə ilə başladı

10 Noyabr 2018 08:12 Şahmat 515
Şəhriyar qələbə ilə başladı

Şahmat üzrə Azərbaycan yığma komandasının lideri Şəhriyar Məmmədyarov Hindistanda keçirilən Tata Stil Çess turnirində mübarizə arparır.

Sportinfo.az xəbər verir ki, iştirakçılar şahmatın Blits və rapid növündə bacarığını nümaiş etdirir.

Həmyerlimiz ilk turda yerli qrossmeyster Vidit Santoşu məğlub edib. Eks dünya çempionu Vişvanatan Anand amerikalı Uesli So ilə sülh bağlayıb.

Birləşmiş ştatların digər təmsilçisi Hikaru nakamura erməni Levon Aronyanla görüşdə yarınm xala razılaşıb.

Rusiya şahmatçısı Sergey Karyakin 14 yaşlı Hindistan şahmatçısı Nihal Sarini məğlub edə bilməyib. Pentala Harikrişna həmyerlisi Surya Qanquli ilə heç-heçə edib. Şəhriyar ikinci turda Harikrişnaya qarşı oynayacaq.

Rapid növündə qalib gələcək şahmatçı şəxsi büdcəsini 10 min dollar yaxşılaşdıracaq. Blits yarışının mükafat fondu isə 7500 dollar təşkil edir.

Rapiddə hər iştirakçıya 25 dəqiqə vaxt verilir. Bundan əlavə şahmatçı hər gedişə görə 10 saniyə qazanır. Blitsdə isə rəqiblər hərəyə 5 dəqiqə və hər gedişə görə cəmi 3 saniyə vaxta malik olurlar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR