"Başa düşdüm ki, bulvar oyunçusu səviyyəsində çıxış edirəm"

20 Oktyabr 2018 10:00 Şahmat 583
"Başa düşdüm ki, bulvar oyunçusu səviyyəsində çıxış edirəm"

Azərbaycan qrossmeysterlərindən Rauf Məmmədov klassik şahmatla vidalaşdığını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, o, “Facebook” səhifəsində bu qərarını belə açıqlayıb:

“Uzun düşüncələrdən və öz klassik partiyalarımı təhlildən sonra başa düşdüm ki, “klassika”da bulvar oyunçusu səviyyəsində çıxış edirəm. Ona görə də indi diqqətimi şahmatın rapid və blits növünə yönəldəcəm”.

Rauf Məmmədov Yunanıstanda keçirilən klublararası Avropa çempionatının sonuncu turunda üçüncü lövhədə ağ fiqurlarla çexiyalı David Navaraya uduzub.

O, həmin yarışın üçüncü lövhəsində çıxış edən şahmatçılar arasında VIII, onun təmsil etdiyi “Odlar Yurdu” isə IX yeri tutub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR