Eyni şəxsin iki dəfədən artıq prezident seçilməsinə qadağa

19 Oktyabr 2018 08:00 Şahmat 534
Eyni şəxsin iki dəfədən artıq prezident seçilməsinə qadağa

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Nizamnaməsinə dəyişiklik edilib.

Sportinfo.az xəbər verir ki, bundan sonra eyni şəxs iki dəfədən artıq Federasiyanın prezidenti seçilə bilməyəcək.

Qərar FIDE-nin Baş Assambleyasının Gürcüstanın Batumi şəhərində keçirilən iclasında qəbul olunub. FIDE prezidenti hər dörd ildən bir seçilir.

Rusiya Baş nazirinin keçmiş müavini Arkadi Dvorkoviç oktyabrın 3-də FIDE-nin yeni prezidenti seçilib. Onun sələfi Kirsan İlümjinov 1995-ci ilin noyabrından bu postda çalışıb və qurumun Etika Komitəsi tərəfindən 2018-ci il iyulun 13-də vəzifəsindən kənarlaşdırılıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR