Teymur Rəcəbov Avropa çempionatına niyə aparılmadı?

14 Oktyabr 2018 17:27 Şahmat 531
Teymur Rəcəbov Avropa çempionatına niyə aparılmadı?

Xəbər verdiyimiz kimi, dünəndən etibarən Yunanıstanda klublararası Avropa çempionatı start götürüb.

Sportinfo.az xəbər verir ki, millimizin və Avropa çempionatında iştirak edən “Odlar Yurdu” klubunun aparıcı üzvlərindən olan Teymur Rəcəbov son anda Yunanıstana aparılmayıb.

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov oxu.az-a açıqlamasında bunun səbəbini onun müalicə alması ilə əlaqələndirib.

O bildirib ki, Rəcəbov Şahmat Olimpiadasından sonra özü bu istəklə çıxış edib. Teymuru bu yarışda Cahangir Ağarəhimov əvəzləyib.

Lakin Ağarəhimov həm də “Odlar Yurdu”nun kişi komandasının kapitanıdı. Buna görə onun yarışda oyunçu kimi mübarizə aparması real görünmür.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR