"Odlar Yurdu" Avropa çempionatına qələbə ilə başladı

13 Oktyabr 2018 15:12 Şahmat 506
"Odlar Yurdu" Avropa çempionatına qələbə ilə başladı

Yunanıstanın Xalkidiki şəhərində şahmat üzrə klublar arasında Avropa çempionatı start götürüb.

Sportinfo.az xəbər verir ki, Azərbaycanın kişilərdən ibarət "Odlar Yurdu" komandası ilk görüşündə Finlandiyanın "Komeon" kollektivi ilə üz-üzə gəlib.

Qarşılaşma "Odlar Yurdu" kollektivinin böyük hesablı qələbəsi ilə başa çatıb. Tturnirdə ümumilikdə 73 klub yarışır.

Onlardan 61-i kişilərin qrupunda, 12-si isə qadınların yarışında mübarizə aparır. Hər iki yarışda Azərbaycanı "Odlar Yurdu” komandaları təmsil edir.

"Odlar Yurdu" - "Komeon" (Finlandiya) - 6:0

Şəhriyar Məmmədyarov - Tapani Sammalvyo - 1:0

Rauf Məmmədov - Timo Lampen - 1:0

Eltac Səfərli - Harri Mansner - 1:0

Qədir Hüsyenov - Tommi Verkasalo - 1:0

Vasif Durarbəyli - Santul Kosmo - 1:0

Nicat Abasov - Kauko Kelo - 1:0.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR