Şəhriyar Məmmədyarov FIDE-nin reytinqində 3-cü oldu

4 Oktyabr 2018 20:12 Şahmat 597
Şəhriyar Məmmədyarov FIDE-nin reytinqində 3-cü oldu

Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov Beynəlxalq Şahmat Federasiyasının (FIDE) reytinq cədvəlində yenə III yerdədir.

Sportinfo.az xəbər verir ki, FIDE bu gün üçün yeni reytinq cədvəlini dərc edib.

Şəhriyar Məmmədyarovun bu siyahıda bir ay əvvəlki yeri dəyişməyib. Dünyanın ən güclü şahmatçılarının siyahısında I yerdə yenə norveçli dünya çempionu Maqnus Karlsendir (2839), II yerdə isə amerikalı Fabiano Karuanadı (2827).

Digər şahmatçımız Teymur Rəcəbov (2751) siyahıda sentyabr ayındakı vəziyyəti ilə müqayisədə 1 pillə aşağı enərək 18-ci yerdə qərarlaşıb.

Arkadi Naydiç (2721) 29-cu, Rauf Məmmədov (2699) 46-cı, Eltac Səfərli (2676) 67-ci, Qədir Hüseynov (2667) 74-cü yerdədi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR