Millimiz ABŞ-a necə uduzdu?

3 Oktyabr 2018 00:20 Şahmat 647
Millimiz ABŞ-a necə uduzdu?

Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasında VIII turun görüşləri keçirilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycanın kişilərdən ibarət yığma komandası ABŞ-la üz-üzə gəlib.

Qarşılaşma millinin məğlubiyyəti ilə başa çatıb - 1,5:2,5. Yığma üzvlərindən yalnız Teymur Rəcəbov rəqibini məğlub edə bilib.

Şəhriyar Məmmədyarov və Rauf Məmmədov uduzduğu halda, Arkadi Naydiçi rəqibi ilə xalları yarı bölüb.

Bu nəticədən sonra xallarının sayını 15-ə yüksəldən ABŞ kollektivi vahid lider olub. Azərbaycan millisi isə 13 xalla 3-cü yerdədi.

ABŞ - Azərbaycan - 2,5:1,5

Fabiano Karuana - Şəhriyar Məmmədyarov - 1:0

Uesli So - Teymur Rəcəbov - 0:1

Hikaru Nakamura - Arkadi Naydiç - 0,5:0,5

Samuel Şanklend - Rauf Məmmədov - 1:0

Rəcəbov və Məmmədov ağ, Məmmədyarov və Naydiç qara fiqurlarla mübarizə aparıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR