Azərbaycanın qadınlardan ibarət şahmat millisi Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşünü keçirib.
Sportinfo.az xəbər verir ki, yığma VIII turda meydan sahibləri Gürcüstan kollektivi ilə üz-üzə gəlib.
Qarşılaşma Azərbaycan şahmatçılarının üstünlüyü ilə yekunlaşıb - 2,5:1,5. Günay Məmmədzadə və Xanım Balacayeva rəqiblərini məğlub edib.
Gülnar Məmmədova öz görüşünü heç-heçə ilə başa vurduğu halda, Zeynəb Məmmədyarova dueldən məğlub ayrılıb. Bu nəticədən sonra qadınlardan ibarət milli komanda 13-cü xalını qazanıb.
Gürcüstan - Azərbaycan - 1,5:2,5
Salome Meliya - Günay Məmmədzadə - 0:1
İnqa Çarxalaşvili - Zeynəb Məmmədyarova 1:0
Sofio Qvetadze - Xanım Balacayeva - 0:1
Sopiko Xuxaşvili - Gülnar Məmmədova - 0,5:0,5

