Azərbaycan yığmalarının ABŞ və Gürcüstanla görüşlər üçün heyəti

2 Oktyabr 2018 13:36 Şahmat 540
Azərbaycan yığmalarının ABŞ və Gürcüstanla görüşlər üçün heyəti

Gürcüstanın Batumi şəhərindəki 43-cü Ümumdünya Şahmat Olimpiadasında bu gün VIII turun görüşləri keçiriləcək.

Sportinfo.az xəbər verir ki, Azərbaycanın kişi və qadınlardan ibarət yığmaları müvaviq olaraq, ABŞ və Gürcüstanla üz-üzə gələcək.

7 turdan sonra kişilərdən ibarət yığma Polşa və ABŞ-la birgə hərəyə 13 xalla ilk 3 yeri bölüşür. Qadın millisi isə 11 xalla 8-cidir.

VIII tur

Kişilər

ABŞ - Azərbaycan

Fabiano Karuana - Şəhriyar Məmmədyarov

Uesli So - Teymur Rəcəbov

Hikaru Nakamura - Arkadi Naydiç

Samuel Şanklend - Rauf Məmmədov

Rəcəbov və Məmmədov ağ, Məmmədyarov və Naydiç qara fiqurlarla oynayacaq.

Qadınlar

Gürcüstan - Azərbaycan

Salome Meliya - Günay Məmmədzadə

İnqa Çarxalaşvili - Zeynəb Məmmədyarova

Sofio Qvetadze - Xanım Balacayeva

Sopiko Xuxaşvili - Gülnar Məmmədova

Məmmədyarova və Məmmədova ağ, Məmmədzadə və Balacayeva qara fiqurlarla oynayacaq. Görüşlər saat 15:00-da start götürəcək.

Ötən tur Azərbaycan komandaları müvafiq olaraq, Çexiya və İtaliya ilə 2:2 hesablı heç-heçə ediblər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR