Azərbaycanlı qadınlar İtaliya yığması ilə sülh bağladı

2 Oktyabr 2018 00:10 Şahmat 513
Azərbaycanlı qadınlar İtaliya yığması ilə sülh bağladı

Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasının VII turunda qadınlardan ibarət Azərbaycan millisi İtaliya ilə qarşılaşıb.

Sportinfo.az xəbər verir ki, yığmanın bütün şahmatçıları rəqibləri ilə xalları yarı bölüblər. Hər iki yığma bu nəticədən sonra 11-ci xallarını qazanıb.

İtaliya – Azərbaycan 2:2

Günay Məmmədzadə - Olqa Zmina - 0,5:0,5

Ülviyyə Fətəliyeva – Marina Brunello - 0,5:0,5

Xanım Balacayeva – Desire Di Bendetto - 0,5:0,5

Zeynəb Məmmədyarova – Elena Sedina - 0,5:0,5

Ü.Fətəliyeva və Z. Məmmədyarova ağ, G.Məmmədzadə ilə X.Balacayeva isə qara fiqurlarla oynayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR