Azərbaycanın Olimpiadadakı növbəti rəqibi məlum oldu

29 Sentyabr 2018 09:36 Şahmat 549
Azərbaycanın Olimpiadadakı növbəti rəqibi məlum oldu

Gürcüstanın Batumi şəhərində davam edən 43-cü Ümumdünya Şahmat Olimpiadasında VI turun təqvimi açıqlanıb.

Sportinfo.az xəbər verir ki, Azərbaycanın kişilərdən ibarət komandasına Çexiya rəqib olub.

Qadınlar isə Latviya ilə üz-üzə gələcəklər. Qarşılaşmalar sentyabrın 30-da keçiriləcək. Beş turdan sonra kişilərdən ibarət yığma Çexiya, Polşa və Ukrayna ilə birgə 10 xalla 1 - 4-cü yerləri bölüşür, qadın millisi 8 xalla 8-cidir.

Bu gün Azərbaycan komandaları müvafiq olaraq, Ermənistana (2,5:1,5) və Yunanıstana (3:1) qalib gəlib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR