Azərbaycan millisi tarixi oyunda Ermənistanı məğlub etdi

29 Sentyabr 2018 00:20 Şahmat 698
Azərbaycan millisi tarixi oyunda Ermənistanı məğlub etdi

Azərbaycanın kişilərdən ibarət milli komandası Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasında növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, yığma V turda Ermənistan kollektivi ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan şahmatçılarının qələbəsi ilə başa çatıb - 2,5:1,5. Yığmanın heyətində Şəhriyar Məmmədyarov Levon Aronyanı məğlub edib

. Teymur Rəcəbov isə Qabriel Sargissyandan üstün olub. Rauf Məmmədov öz görüşünü heç-heçə ilə başa vurduğu halda, Arkadi Naydiç dueldən məğlub ayrılıb. V turdan sonra xallarının sayını 10-a yüksəldən Azərbaycan millisi turnir cədvəlinə başçılıq edir.

Ermənistan - Azərbaycan - 1,5:2,5

Levon Aronyan - Şəhriyar Məmmədyarov - 0:1

Qabriel Sargissyan - Teymur Rəcəbov 0 :1

Qrant Melkumyan - Arkadi Naydiç - 1:0

Hayk Martirosyan - Rauf Məmmədov - 0,5 - 0,5

Rəcəbov və Məmmədov ağ, Məmmədyarov və Naydiç qara fiqurlarla oynayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR