Azərbaycan yığması Şahmat Olimpiadasında Ermənistanla qarşılaşacaq

28 Sentyabr 2018 00:00 Şahmat 554
Azərbaycan yığması Şahmat Olimpiadasında Ermənistanla qarşılaşacaq

Azərbaycanın kişi və qadınlardan ibarət yığma komandalarının Gürcüstanın Batumi şəhərindəki 43-cü Ümumdünya Şahmat Olimpiadasında növbəti rəqibləri müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, bunlar müvafiq olaraq, Ermənistanla Yunanıstan komandalarıdı.

V turun hər iki görüşü sentyabrın 28-də keçiriləcək. Qarşılaşmalar Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.

Dörd turdan sonra 8 xala və daha yaxşı göstəricilərə malik Azərbaycanın kişilərdən ibarət komandası 1-ci pillədə qərarlaşıb. Qadın millisi isə 6 xalla 13-cüdü.

Bu gün kişilərdən ibarət yığma İngiltərəyə 3,5:0,5 hesabı ilə qalib gəlsə də, qadın millisi ABŞ-a uduzub - 1,5:2,5.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR