Tanınmış Azərbaycan şahmatçısı, qrossmeyster Şəhriyar Məmmədyarov ata olub.
Sportinfo.az xəbər verir ki, bu barədə oxu.az-a Şəhriyar Məmmədyarovun atası Həmid Məmmədyarov məlumat verib:
“Yeddinci dəfə baba oldum. Şəhriyarın bu gün oğlu dünyaya gəldi. Əvvəl üç nəvəm Türkandan, üç nəvəm isə Zeynəbdən vardı”.
Bu, 2017-ci ildə ikinci dəfə evlənmiş Şəhriyar Məmmədyarovun ilk övladıdı.

