Azərbaycan damaçısı dünya çempionu oldu

6 Sentyabr 2018 16:00 Şahmat 769
Azərbaycan damaçısı dünya çempionu oldu

Polşanın Mlava şəhərində xüsusi qrup insanlar arasında keçirilən 64 xanalı dama üzrə dünya çempionatına yekun vurulub.

Sportinfo.az xəbər verir ki, “Neftçi İdman Klubu”nun təmsilçisi, Azərbaycan və Avropa çempionu, beynəlxalq usta Pərviz Həsənov yarışda əzmkarlıq nümayiş etdirərək böyük uğura imza atıb.

İdmançımız İsveçrə sistemi üzrə keçirilən mötəbər turnirdə 7 tura 13 xal toplayaraq (6 qələbə, 1 heç-heçə) dünya çempionatının qızıl medalına sahib olub.

Digər Xəbərlər
Xəbər Lenti
17 Noyabr 18:10 Çək və bizə göndər!