Sonsorsuzluq şikayəti

2 Sentyabr 2018 15:43 Şahmat 551
Sonsorsuzluq şikayəti

Deməli, Şəhriyarın sponsorsuzluq şikayəti, əslində, ağır dərddi.

Ondan ağırı da var. Bu da insanların belə məsələlərə yanaşmasındakı hüquqi və ya iqtisadi bilik çatışmazlığıdı.

Biz nə demək/eləmək istəyirik?

Uğurlu soydaşımız Şəhriyara qarşı hörmətsizlik edildiyini düşünürük və hökumətdənmi, dövlətdənmi, oliqarxiyadanmı - tələb edirik ki, belə hal ayıbdır, olmamalıdır. Pakizə.

Bəs bu işə əncam çəkilməsi nə cür ola bilər. Məsələn:

1. Sponsorluq bazarı üçün azad iqtisadi sferaya malik olmalıyıq

2. Dövlət hansısa aidiyyatı formasiyaya (təşkilata) göstəriş verməlidi
3. Dövlət büdcədən dotasiya ayrımalıdır

Birincidə vəziyyət aksiomadır. İkincinin reallaşması üçün hüquqi mexanizm yoxdur. Üçüncüdə isə ciddi sual əmələ gəlir.

Dotasiya mənim vergimdən ayrılacaq. Mən vətəndaşam. Sualım var. Vergimdən pul ayrılacaq şəxsin rahat işləyib, vergimi problemsiz ödəməkçün azad iqtisadi mühitin yaranması və s. ictimai əhəmiyyətli işdə mövqeyi olub? Elə bir nümunə yoxdur.

Elə isə lox yuyucu tozlarından deyil, bilikdən, savaddan istifadəni təklif edə bilərəm. İdmançının adı dünya səviyyəsində brenddir. Bu brendin maliyyəyə çevrilməsini bacarmırsa, o komanda üçün xərclərin qarşılanmasına mən-sən və ya dövlət boyun olmamalıdır.

Keçən vaxtlarda idmançının uğuru, ad-sanı dövlətin imici üçün vacib idi, xərci də bütünlüklə özü çəkirdi. Məsələn, SSRİ-də dövlətin intellektual imici üçün və s.

İndi bu aktualdır? Gördüyümüz kimi, yox. İndi intellekt nə idman, nə elm, nə ortastatistik həyat formatında aktual deyil, başqa meyarlara sərmayə qoyulur.

Ona görə də barı brendləşmiş adlar özünü yük halına salmasın, onların adı ki bəs edir...

Elçin Cəlilov

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR