Şəhriyar Məmmədyarovun yazdığı məlum status əslində Azərbaycanda sponsor və reklam məsələsini gündəmə gətirdi.
Uzun illərdi idman sahəsində jurnalist çalışan Mehman Rəsulov düşünür ki, Azərbaycanda əksər sahələrdə olduğu kimi idmanda da sponsorluq məsələləri ürək açan deyil.
Problem isə təkcə menecerlərin fəaliyyəti yox, eyni zamanda tanınmış simaların menecerə ehtiyac duymamasındadır.
Sportinfo.az xəbər verir ki, PR sahəsində çalışan mütəxəsisslər problemin başqa məsələdən qaynaqlandığını düşünürlər.
Məsələ burasındadı ki, bəzən ölkə adına uğur qazanmış şəxslər yalnız dövlət tərəfindən dəstək gözləyir.

