ABŞ-ın Sent Luis şəhərində keçirilən şahmat üzrə Sinkfild turnirinin 5-ci turu oynanılıb.
Sportinfo.az xəbər verir ki, azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov bu turda amerikalı Hikaru Nakamura ilə qarşılaşıb.
Görüş heç-heçə başa çatıb. Ümumiyyətlə, bu turda keçirilən bütün görüşlərdə xallar yarı bölünüb. Beş turdan sonra 5 şahmatçı - Şəhriyar Məmmədyarov, Aleksandr Qrişuk, Levon Aronyan, Fabiano Karuana və Maqnus Karlsen hərəyə 3 xal toplayıblar.
Məmmədyarov 6-cı turda Fransa şahmatçısı Maksim Vaşye-Laqravla qarşılaşacaq. Bir dövrəli turnirə avqustun 27-də yekun vurulacaq. Yarışın mükafat fondu 300 min dollar təşkil edir. Qalib 75 min dollar qazanacaq.

