“Şah” erməni ilə qarşılaşacaq

21 Avqust 2018 17:36 Şahmat 526
“Şah” erməni ilə qarşılaşacaq

ABŞ-ın Seynt Luis şəhərində şahmat üzrə Sinkfild superturnirinin 3-cü turu keçirilib.

Sportinfo.az xəbər verir ki, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov ağ fiqurlarla amerikalı Fabiano Karuana ilə heç-heçə edib.

İlk üç turdan sonra Şəhriyar iki xal toplayıb. “Şah” Ermənistan şahmatçısı Levon Aronyan, rusiyalı Aleksandr Qrişuk və norveçli Maqnus Karlsenlə birgə liderlər cərgəsindədir

Məmmədyarov 4-cü turda yenə ağ fiqurlarla oynayacaq. O, bu dəfə Levon Aronyanla qarşılaşacaq.

Bir dövrəli turnirə avqustun 27-də yekun vurulacaq. Yarışın mükafat fondu 300 min dollar təşkil edir. Qalib 75 min dollar qazanacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR