Şəhriyar Məmmədyarov Sinkfild Kubokuna qələbə ilə başladı

19 Avqust 2018 10:44 Şahmat 563
Şəhriyar Məmmədyarov Sinkfild Kubokuna qələbə ilə başladı

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov ABŞ-ın Sent-Luis şəhərində start götürən Sinkfild Kuboku superturnirinə qələbə ilə başlayıb.

Sportinfo.az xəbər verir ki, ağ fiqurlarla çıxış edən Şəhriyar Məmmədyarov Amerikalı beynəlxalq qrossmeyster Uesli Sonu məğlub edib.

İkinci turda Azərbaycanlı şahmatçının rəqibi Rusiyalı beynəlxalq qrossmeyster Aleksandr Qrişukla qarşılaşacaq.

Bir dövrəli turnirə avqustun 27-də yekun vurulacaq. Yarışın mükafat fondu 300 min dollar təşkil edir. Qalib 75 min dollar qazanacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR