Azərbaycan millisinin lideri 300 min dollarlıq turnirdə

18 Avqust 2018 17:00 Şahmat 535
Azərbaycan millisinin lideri 300 min dollarlıq turnirdə

Avqustun 19-da ABŞ-ın Missuri ştatının Sent-Luis şəhərində şahmat üzrə Sinkfild superturniri start götürəcək.

Sportinfo.az xəbər verir ki, turnirdə azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov da iştirak edəcək.

Şəhriyarla yanaşı, Maqnus Karlsen (Norveç), Fabiana Karuana, Uesli So, Xikaru Nakamura (hamısı ABŞ), Sergey Karyakin, Aleksandr Qrişuk (hər ikisi Rusiya), Maksim Vaşye-Laqrav (Fransa), Vişvanatan Anand (Hindistan) və Levon Aronyan (Ermənistan) da turnirə qatılacaq.

Şəhriyar Məmmədyarov ilk turda ağ fiqurlarla amerikalı Uesli Soya qarşı mübarizə aparacaq. Bir dövrəli turnirə avqustun 27-də yekun vurulacaq. Yarışın mükafat fondu 300 min dollar təşkil edir. Qalib 75 min dollar qazanacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR