Məmmədyarov daha bir turniri qazandı - “Grand Chess Tour”

14 Avqust 2018 14:24 Şahmat 613
Məmmədyarov daha bir turniri qazandı - “Grand Chess Tour”

Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov Sent-Luisdə keçirilən (ABŞ) “Grand Chess Tour” seriyasında rapid-turnirin qalibi olub.

Sportinfo.az xəbər verir ki, on üç turda şahmatçımız Sergey Karyakin (Rusiya) və Vişvanatan Anand (Hindistan) üzərində qələbə qazanıb, kubalı Lenyer Dominqeslə heç-heçə oynayıb.

Doqquz turdan sonra 12 xal toplayan Məmmədyarov amerikalı Hikaru Nakamura ilə 1-2-ci yerləri bölüşdürsə də, əlavə göstəricilərə görə sonuncunu qabaqlayıb.

Üçüncü yerdə isə digər amerikalı – turnirdə Məmmədyarova qalib gələn yeganə şahmatçı Fabiano Karuana (ABŞ) qarşılaşıb. Bu gün Sent-Luisdə “Grand Chess Tour”un üçüncü mərhələsi çərçivəsində blitz-turnir başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR