Bil festivalının qalibi bu dəfə Sent-Luis “Böyük şahmat turu”nda

8 Avqust 2018 08:48 Şahmat 582
Bil festivalının qalibi bu dəfə Sent-Luis “Böyük şahmat turu”nda

10-16 avqustda ABŞ-ın Missuri ştatında yerləşən müstəqil Sent-Luis şəhərində dünyanın aparıcı şahmatçılarının iştirakı ilə rapid və blits üzrə “Grand Chess Tour”un 3-cü mərhələsi keçiriləcək.

Sportinfo.az xəbər verir ki, yarışlarda ənənəvi “Biel International Chess Festival”ın qalibi, Şəhriyar Məmmədyarov iştirak edəcək.

Hyerlimizlə yanaşı, amerikalılar Fabiano Karuana, Uesli So, Hikaru Nakamura, Lenyer Dominqes, fransalı Maksim Vaşye-Laqrav, rusiyalılar Sergey Karyakin, Aleksandr Qrişşuk, erməni Levon Aronyan və hindistanlı Vişvanatan Anand mübarizəyə aparacaqlar.

Rapiddə hər qələbə 2 xal, heç-heçə 1 xal dəyərləndirilir. Blitsdə isə qələbə 1 xal, heç-heçə 0,5 xal hesablanır. Vaxta nəzarət: rapiddə – 25 dəqiqə üstəgəl hər gediş üçün 10 saniyə, blitsdə – 5 dəqiqə üstəgəl hər gediş üçün 3 saniyə.

Oyunlar avqustun 11-13-də rapid, avqustun 14 və 15-də isə blits üzrə keçiriləcək. Bu yarışın ümumi mükafat fondu 150 min ABŞ dollarıdır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR