Nicat "İddiaçılar"a heç-heçə ilə başladı

6 Aprel 02:50 Şahmat 273
Nicat "İddiaçılar"a heç-heçə ilə başladı

Kanadanın Toronto şəhərində şahmat üzrə İddiaçılar Turnirinə start verilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan təmsilçisi Nicat Abasov da ilk oyununu keçirib.

O, 1-ci turda Yan Nepomniyaşşi (FIDE) ilə qarşılaşıb. Partiya 34-cü gedişdə heç-heçə ilə başa çatıb.

Turnirə aprelin 22-də yekun vurulacaq. 8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci olan hazırkı dünya çempionu Dinq Lirenlə (ÇiN) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək.

Turnirin ümumi mükafat fondu 500 000 avro təşkil edir. Qalib 48 000 avro qazanacaq.

Xəbər Lenti