"İki kobud səhvə yol verdim"

1 Avqust 2018 18:12 Şahmat 680
"İki kobud səhvə yol verdim"

Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov və norveçli dünya çempionu Maqnus Karlsen İsveçrənin Bil şəhərində keçirilən Superturnirin IX turundan sonra mətbuat konfransına çıxıb.

Sportinfo.az xəbər verir ki, Məmmədyarov ağ fiqurlarla qalib gəldiyi Karlsenlə görüş haqda bunları bildirib:

“Maqnus çox riskli oynayırdı, yalnız qələbə arzulayırdı. Heç-heçə etmək istəmirdi”.

Maqnus Karlsen isə bu görüşdə səhv hesablama apardığını vurğulayıb: “Hər şeydən əvvəl Şəhriyarı turnirdə mükəmməl qələbəsi münasibətilə təbrik etmək istərdim.

Məmmədyarov müəyyən üstünlük əldə etdikdən sonra mən səhv hesablama apardım. O, çox dəqiq oynadı.

Ancaq yenə də oyunun gedişatı zamanı düşünürdüm ki, mövqeləri bərabərləşdirib qələbə şansı tapacağam. Ancaq ardıcıl iki kobud səhvə yol verdim və bu da partiyanın aqibətini müəyyənləşdirdi”.

Bu görüşdən sonra Şəhriyar Məmmədyarov turnirin bitməsinə bir tur qalmış çempionluğu özünə təmin edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR