Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov İsveçrənin Bil şəhərində keçirilən ənənəvi beynəlxalq superturnirin qalibi adını qazanıb.
Sportinfo.az xəbər verir ki, 33 yaşlı qrossmeyster buna norveçli dünya çempionu Maqnus Karlseni üzərində qələbə sayəsində nail olub.
Beş gün əvvəl qara fiqurlarla Karlsenə məğlub olmamış Məmmədyarov bu dəfə ağ fiqurlarla rəqibi ilə daha üstün oynayaraq qalib gəlib.
Xallarını 7-yə yüksəldən Məmmədyarov sona bir tur qalmış ən yaxın izləyicisini 2 xal geridə qoyub. Yarışın son turu avqustun 1-də keçiriləcək.
Turnir cədvəli belədir: Karlsen, Svidler (hərəyə 5 xal), Vaşye-Laqrav (4,5), Navara (4), Qeorqiadis (1,5) .

