Millimizin lideri Bil şəhərində dünya çempionu ilə qarşılaşdı

27 İyul 2018 16:48 Şahmat 501
Millimizin lideri Bil şəhərində dünya çempionu ilə qarşılaşdı

İsveçrənin Bil şəhərində keçirilən şahmat üzrə superturnirin 5-ci turunda təmsilçimiz Şəhriyar Məmmədyarov növbəti görüşünü keçirib.

Sportinfo.az xəbər verir ki, dünya çempionu olan norveçli Maqnus Karlsenlə Məmmədyarov üz-üzə gəlib.

Qara fiqurlarla oynayan şahmatçımız güclü rəqibi ilə heç-heçə edib. Hazırda hər iki şahmatçı 3,5 xalla turnir cədvəlinin şərikli lideridi.

Yeri gəlmişkən, daha bir məşhur şahmatçı Sergey Karyakin Şəhriyar Məmmədyarovu Maqnus Karlsenlə dost olduğu üçün həmişə qəsdən heç-heçə oynamaqda suçlayır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR