"Şəhriyarın burada olması mənə əlavə motivasiya verir"

5 Aprel 08:40 Şahmat 389
"Şəhriyarın burada olması mənə əlavə motivasiya verir"

"Döyüşmək lazımdır. Şəhriyarın burada olması mənə əlavə motivasiya verir".

Sportinfo.az xəbər verir ki, bunu Kanadanın Toronto şəhərində keçiriləcək İddiaçılar Turnirində iştirak edən Nicat Abasov "ChessBase India" kanalına müsahibəsində deyib.

28 yaşlı qrossmeyster reytinqdə digər rəqiblərindən geridə olduğunu xatırladıb:

"Amma daha güclü rəqiblərə qarşı oynamaq həmişə maraqlıdır".

Abasov onunla birlikdə Kanadaya yollanan Şəhriyar Məmmədyarov haqqında danışıb:

"O, pozitiv insan və çox yaxşı şahmatçıdır. Bu yarışda mübarizə aparan idmançılardan biri ola bilərdi. Amma bu dəfə mənə kömək edir".

Yarış aprelin 22-də başa çatacaq. 8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci olan hazırkı dünya çempionu Dinq Lirenlə (ÇiN) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək.

Azərbaycan təmsilçisi bu gün ilk turda rusiyalı Yan Nepomnyaşi ilə üz-üzə gələcək.

Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 16:50 Çək və bizə göndər!
29 Aprel 12:40 "Qarabağ" SUSDU