İlk "100-lük"də 6 azərbaycanlı

1 İyul 2018 17:27 Şahmat 666
İlk "100-lük"də 6 azərbaycanlı

FİDE (Beynəlxalq Şahmat Federasiyası) dünyanın ən güclü şahmatçılarının yeni reytinq siyahısını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, ilk "100-lük"də Azərbaycanın yenə 6 zəka ustası yer alıb.

Şəhriyar Məmmədyarov yenə 3-cü pillədə qalsa da, 7 xal itirib. Hazırda onun 2801 xalı var. Teymur Rəcəbov əvvəlki tək 2751 xalla 17-ci, Rauf Məmmədov 2708 xalla 36-cı pillədə qərarlaşıb.

Arkadi Naydiç ötən siyahı ilə müqayisədə xallarını 2697-dən 2698-ə çatdırsa da, 47-ci pillədə qalıb. Eltac Səfərli bir xal və bir pillə artırıb. O, hazırda 2667 xalla 76-cıdı.

Nəhayət, Qədir Hüseynovun yenə 2654 xalı olsa da, o, ukraynalı Martin Kravtsov və ABŞ təmsilçisi Varujan Akobyanla birgə 99 - 101-ci pillələri bölüşür.

Qadınların mübarizəsində isə "100-lüy"ə yalnız Günay Məmmədzadə düşüb. O, ötən ayla müqayisədə 5 pillə geriləyib və 16 xal itirib. Hazırda Məmmədzadə 2426 xalla 37-cidir.

Kişilərin siyahısında ilk 2 yeri norveçli Maqnus Karlsen (2842) və ABŞ təmsilçisi Fabiano Karuana (2822), qadınlarda isə çinli İfan Hou (2658) və Ventszyun Tszyuy (2568) tutur.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR