Təşkilat Komitəsinin sədri prezident vəzifəsinə namizədliyini irəli sürdü

30 İyun 2018 12:12 Şahmat 537
Təşkilat Komitəsinin sədri prezident vəzifəsinə namizədliyini irəli sürdü

Rusiya Şahmat Federasiyasının Qəyyumlar Şurasının və futbol üzrə dünya çempionatının Təşkilat Komitəsinin sədri Arkadi Dvorkoviç Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezident seçkilərində iştirak edəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə A.Dvorkoviç Moskvada keçirdiyi mətbuat konfransında məlumat verib.

Onun namizədliyini Rusiya Şahmat Federasiyası da dəstəkləyib. Prezident seçkiləri oktyabrın 3-də Gürcüstanın Batumi şəhərində FİDE-nin Konqresində keçiriləcək.

Ali şahmat qurumunun hazırkı prezidenti Kirsan İlyumjinov 1995-ci ildən qurumun prezidentidi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR