Azərbaycanlı qrossmeyster Rauf Məmmədov ukraynalı Natalya Buksa ilə toyunun vaxtını açıqlayıb.
Sportinfo.az xəbər verir ki, 30 yaşlı şahmatçı dünya çempionu ilə Batumidə keçiriləcək Olimpiadadan sonra evlənəcəyini deyib.
Məmmədov nişanlandıqdan sonra iştirak etdiyi ilk beynəlxalq turnirdə çempion tituluna yiyələnib. O, Belarusda Viktor Kupreyçik Memorialında birinci yeri tutub. Həmyerlimiz rapid üzrə baş tutan yarışda 11 turdan 9,5 xal toplamaqla, ən yaxın izləyicisini 1 xal qabaqlayıb.
Turnirdən sonra Rusiya Şahmat Federasiyasının rəsmi saytına danışan Məmmədov bildirib ki, nişanlanmaq ona uğur gətirib:
“Natalya ilə mayda nişanlanmışam. Toyumuzu Olimpiadadan sonraya planlaşdırırıq. Onunla nişanlandıqdan sonra iştirak etdiyim ilk turnirin uğurlu alındığını deyə bilirəm. İndi isə estafeti gəlinə ötürürəm” (gülür).

