"Bəzən elə alınır ki, artıq matçdan öncə təslim olursan"

8 İyun 2018 08:24 Şahmat 590
"Bəzən elə alınır ki, artıq matçdan öncə təslim olursan"

Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov və rusiyalı qrossmeyster Sergey Karyakin öz aralarında danışılmış oyunlar keçirdiklərinə dair dünya çempionu Maqnus Karlsenin ittihamlarına cavab veriblər.

Sportinfo.az xəbər verir ki, Məmmədyarov ittihamı əsasız sayıb.

Lakin azərbaycanlı qrossmeyster bu cür razılaşmaların mümkünlüyün etiraf edib: “Ötən dəfə qalib gəldiyim üçün Sergey revanş götürmək istəyirdi.

Üstəlik, mən ağ fiqurlarla oynayırdım. Bəzən elə alınır ki, artıq matçdan öncə təslim olursan. Bu, hər dəfə, hər turnirdə baş verməyə bilər.

Amma sən xəstəsənsə və ya əhvalın pisdirsə, üstəlik, ağ fiqurlara qarşı oynayırsanda, bu cür hallar baş verir. İdman və azarkeşlər üçün doğru olanı isə mübarizə aparmaqdır. Fikrimcə, yaxşısı, qalib gəlməyə çalışmaqdır”.

Maqnus Karlsen Şəhriyar Məmmədyarovla Sergey Karyakini Norveçdə keçirilən Stavanger superturnirinin III turunda öncədən heç-heçəyə razılaşmaqda ittiham edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR