"Mən də hərdən adlarını çəkmək istəmədiyim bəzi oyunların danışılmış olduğunu düşünürəm"

7 İyun 2018 11:36 Şahmat 750
"Mən də hərdən adlarını çəkmək istəmədiyim bəzi oyunların danışılmış olduğunu düşünürəm"

Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov və rusiyalı qrossmeyster Sergey Karyakin öz aralarında danışılmış oyunlar keçirdiklərinə dair dünya çempionu Maqnus Karlsenin ittihamlarına cavab veriblər.

Sportinfo.az xəbər verir ki, Karyakin Məmmədyarovla dost olduğunu etiraf edib.

Lakin o, matçın danışılmış olmadığını bildirib: “Biz dostuq, amma yarışırıq. Hər ikimiz qalib gəlməyə çalışırıq və bu nəticə heç birimizə kömək edən deyil.

Mən də hərdən adlarını çəkmək istəmədiyim bəzi oyunların danışılmış olduğunu düşünürəm. Lakin belə olaylar bu səviyyədə nadir hallarda baş verir”.

Maqnus Karlsen Şəhriyar Məmmədyarovla Sergey Karyakini Norveçdə keçirilən Stavanger superturnirinin III turunda öncədən heç-heçəyə razılaşmaqda ittiham edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR