Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Stavenqer şəhərində keçirilən “Altibox Norway Chess” superturnirinin səkkizinci turu çərçivəsində dünya çempionu Maqnus Karlsenlə üz-üzə gəlib.
Sportinfo.az xəbər verir ki, şahmatçımızın qara fiqurlarla oynadığı partiyada tərəflər bərabərliyə razılaşıblar.
Hikaru Nakamura (ABŞ) isə Serqey Karyakinə (Rusiya) qalib gəlib. Beləliklə, Şəhriyar üçün turnir başa çatdı. Bu xalla o çətin ki, birinci beşliyə belə düşsün...
Turnir cədvəlində vəziyyət belədir: Anand, Karlsen, So, Aronyan -3,5 xal, Nakamura, Məmmədyarov, Karyakin, Karuana – 3 xal, Vaşye-Laqrav -2 xal.
Karlsenlə partiya onun, Məmmədyarovun və Rusiya şahmatçısı Sergey Karyakinin ünvanına ittihamedici bəyanatları fonunda keçib.
Belə ki, bir gün əvvəl norveçli yarışın 3-cü turunda Məmmədyarov və Karyakinin öz aralarında danışılmış partiya oynadıqlarını bildirmişdi. Amma həm azərbaycanlı, həm də rusiyalı idmançı bu ittihamı təkzib etmişdi.

