Məmmədyarov Norveç superturnirində növbəti dəfə heç-heçə etdi

6 İyun 2018 08:00 Şahmat 533
Məmmədyarov Norveç superturnirində növbəti dəfə heç-heçə etdi

Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov Norveçin Stavanqer şəhərində keçirilən şahmat turnirinin VII turunda amerikalı Uesli So ilə heç-heçə edib.

Sportinfo.az xəbər verir ki, həmçinin Sergey Karyakin (Rusiya) - Levon Aronyan (Ermənistan), Fabiano Karuana – Hikaru Nakamura (hər ikisi ABŞ) xalları yarı bölüblər.

Bu tur yeganə qələbəni fransalı Maksim Vaşye-Laqravı məğlub edən hindistanlı Vişvanatan Anand qazanıb.

Yeddi tundan sonra norveçli Maqnus Karlsen, Aronyan, So və Anandın hərəyə 3,5 xalı var. Karyakin, Məmmədyarov, Karuana və Nakamuranın 3 xalı, Vaşye-Laqravın isə 2 xalı var. Növbəti tur çərşənbə günü olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR