Bakılı məşhur Ermənistan müxalifətinə yardım göndərdi

6 May 2018 23:36 Şahmat 872
Bakılı məşhur Ermənistan müxalifətinə yardım göndərdi

Ermənistan müxalifətinin lideri, "Çıxış" blokundan olan deputat Nikol Paşinyan "Facebook" hesabında hərəkata maliyyə dəstəyi göstərən insanların siyahısını dərc edib.

Sportinfo.az xəbər verir ki, məşhur şahmatçı Harri Kasparovun da adı var.

O, etiraz hərəkatına 10.000 dram (təxminən 20 dollar) pul ayırıb. Paşinyan aprelin 10-dan 23-dək olan müddət ərzində hərəkatra ümumilikdə 7.769.800 dram (təxminən 16 000 dollar) yardım edildiyini açıqlayıb.

Kasparov 1963-cü ilin 13 aprelində Bakıda dünyaya gəlib. Atası Kim Moiseyeviç Vaynşteyn milliyətcə yəhudi, anası Klara Şagenovna Kasparyan isə ermənidi.

Babası Moisey Rubinoviç Vaynşteyn keçən əsrin 40-50-ci illərində Azərbaycan SSR-də tanınmış mədəniyyət xadimi, bəstəkar və dirijor olub. Harri Kasparov 1980-ci ildə Bakı şəhərindəki 151 saylı orta məktəbi qızıl medalla bitirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR