"Shamkir Chess 2018" superturnirində VIII turun görüşləri

28 Aprel 2018 00:10 Şahmat 733
"Shamkir Chess 2018" superturnirində VIII turun görüşləri

Mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "Shamkir Chess 2018" superturnirində VIII turun görüşləri keçirilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan şahmatçıları fərqli nəticələr göstəriblər.

Şəhriyar Məmmədyarov ağ fiqurlarla yarışın çexiyalı autsayderi David Navaraya qalib gəlib. Əvəzində Rauf Məmmədov qara fiqurlarla çinli Dinq Lirenə uduzub. Teymur Rəcəbov isə ağ fiqurlarla rusiyalı Sergey Karyakinlə heç-heçə edib.

Norveçli dünya çempionu Maqnus Karlsen qara fiqurlarla hollandiyalı Aniş Giriyə qalib gələrək, liderliyini davam etdirib. Bolqarıstanlı Veselin Topalov isə ağ fiqurlarla polşalı Radoslav Voytaşekə yenilib.

Teymur Rəcəbov (Azərbaycan) - Sergey Karyakin (Rusiya) - 0,5:0,5

Veselin Topalov (Bolqarıstan) - Radoslav Voytaşek (Polşa) - 0:1

Aniş Giri (Hollandiya) - Maqnus Karlsen (Norveç) - 0:1

Dinq Liren (Çin) - Rauf Məmmədov (Azərbaycan) - 1:0

Şəhriyar Məmmədyarov (Azərbaycan) - David Navara (Çexiya) - 1:0

Beləliklə, son tur öncəsi xallarını 5,5-ə çatdıran Maqnus Karlsen liderliyini davam etdirib. Dinq Liren 5 xalla 2-ci pillədə qərarlaşıb.

Aniş Giri, Veselin Topalov, Şəhriyar Məmmədyarov, Radoslav Voytaşek, Teymur Rəcəbov və Sergey Karyakin hərəyə 4 xalla 3 - 8-ci yerləri bölüşür.

Rauf Məmmədov 3,5 xalla 9-cu, David Navara isə 2 xalla sonuncudur. "Shamkir Chess 2018"ə aprelin 28-də yekun vurulacaq.

Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!