"Çoxlu sayda səhv etdim"

27 Aprel 2018 14:48 Şahmat 897
"Çoxlu sayda səhv etdim"

Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess 2018" superturnirində VII tur lider dəyişikliyilə yadda qalıb.

Sportinfo.az xəbər verir ki, dünya çempionu Maqnus Karlsen Bolqarıstan təmsilçisi Veselin Topalovu məğlub edərək yarış cədvəlində liderliyə yüksəlib.

Norveçli dünya çempionu Maqnus Karlsen mətbuat konfransında oyunundan razı qalmadığını bildirib: "Bu oyuna çox ciddi hazırlaşmışdım. Debütdən sonra üstünlük əldə etdim və onu hücum qurmağa başladım.

Rəqib diqqətli olsa da müəyyən səhvləri oldu. Vəziyyəti nəzarətdə saxladığım üçün sona qədər qələbə uğrunda oynadım. Qələbə həmişə sevinc bəxş edir. Çox şad oldum. Sadəcə oyundan razı qalmadım. Çoxlu sayda səhv etdim. Gedişləri düzgün saysam da gözləmədiyim oyunu izlədim. Bu qədər səhv etməli deyildim.

Bir qələbə turnir cədvəlində vəziyyəti dəyişsə də, ümumilikdə mübarizə davam edir. Son iki tur həlledici olacaq.

Turnirdə dönüş yaratmağa çalışdım. Amma indidən 9 turdan sonra necə olacağını söyləmək çətindir. Məqsədim Şəmkir turnirində növbəti dəfə çempion olmaqdır".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR