Rauf: "Ona görə oynamadım, Çempionlar Liqasına baxmadım”

26 Aprel 2018 14:48 Şahmat 962
Rauf: "Ona görə oynamadım, Çempionlar Liqasına baxmadım”

Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2018 superturnirinin VI turunda Azərbaycan şahmatçısı Rauf Məmmədov sabiq dünya çempionu Veselin Topalovla heç-heçə oynayıb.

Sportinfo.az xəbər verir ki, partiyadan sonra Rauf Məmmədov maraqlı açıqlamalarıyla diqqəti cəlb edib:

"Veselin Topalov dünyanın güclü şahmatçılarından biridir.Karyeramda ilk dəfə Topalovla şahmat taxtası arxasında üz-üzə gəldik.

Bu tura qədər hətta blitsdə belə rəqib olmamışıq. İstirahət gününü Topalova qarşı hazırlaşmaqla keçirtdim. Şahmatçılarla futbol oynamadım, hətta axşam Çempionlar Liqasına baxmadım. Oynadığı partiyaları yada salaraq səhv etməməyə çalışırdım.

Şəmkirdəki partiya Dortmund turnirində Lekoya qarşı oyunu xatırlatdı. Fikirləşirdim ki, imkan tapan kimi mat edəcək.

Heç-heçəni normal qəbul edirəm. Şəmkirdə reytinqə görə sonuncuyam, bununla belə bütün görüşlərdə layiqli mübarizə sərgiləməyə çalışıram".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR